29 aprel 2014-cü il tarixdə Brüsseldə (Belçika) Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində seminar keçiriləcək. Regional və Beynəlxalq Təhsilə Dəstək Mərkəzi (CeRİSS, Yunanıstan) və Şərq tərəfdaşlıq ölkələrinin elm, texnika və innovasiya sahəsində beynəlxalq əməkdaşlıq şəbəkəsi (İncoNetEaP) tərəfindən təşkil olunmuş seminarda İncoNet çərçivəsində müxtəlif görüşlər keçiriləcək.
Seminarda AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin baş mütəxəssisi Firuzə Xəlilova iştirak edəcək.
Tədbirdə Belarus, Gürcüstan, Avstriya, Moldova, Yunanıstan, Fransa, Çexiya, Almaniya, Latviya, Finlandiya və digər ölkələrdən mütəxəssislərin iştirakı gözlənilir.
Qeyd edək ki, İncoNetEaP proqramı ilə AMEA elmi müəssisələri arasında elmi istiqamətlərin müəyyənləşdirilməsi və əlaqələrin genişləndirilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.