AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Azadə Musabəylinin “Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları” kitabının I cildi “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır.
Yeni nəşrdə Azərbaycan əlyazma kitablarının yaranma-yayılma arealı, tarixi təkamülü, spesifikası, elmi təsnifatı, ədəbiyyatımızın başlıca qaynağı olması ilə bağlı araşdırmalar aparılmış, Türkiyə, Misir və İraqda yaranan Azərbaycan, ölkəmizdə yaranan Türkiyə ədəbiyyatının nadir əlyazma qaynaqları ilk dəfə kompleks şəkildə tekstoloji-filoloji baxımdan müqayisəli tədqiq edilmişdir.
Kitabın elmi redaktoru, professor Möhsün Nağısoyludur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.