Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.04.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan Coğrafiya Cəmiyyətinin IX Qurultayı keçirildi

Azərbaycan Coğrafiya Cəmiyyətinin IX Qurultayı keçirildi

Bu gün AMEA-nın Əsas binasında AMEA Coğrafiya İnstitutu tərəfindən Azərbaycan Coğrafiya Cəmiyyətinin IX Qurultayı keçirildi.

Qurultayı giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Məmmədov açdı. O, öncə gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Təbii ehtiyatlardan səmərəli istifadə, demoqrafik və milli xüsusiyyətləri nəzərə almaqla, təsərrüfatın inkişafı birliyin əsas məqsədidir.

R.Məmmədov həmçinin qeyd etdi ki, hesabat dövrü ərzində Azərbaycan Coğrafiya Cəmiyyəti 8 elmi konfrans təşkil edib. 2013-cü il 3-5 iyun tarixlərdə ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi” mövzusunda keçirilmiş beynəlxalq konfrans son 30 il ərzində Coğrafiya Cəmiyyətinin təşkil etdiyi mühüm tədbirlərdəndir.

Sonra coğrafiya elmləri doktoru, professor Neron Babaxanov, BDU-nin Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya və çağırışaqədər hazırlıq fakültəsinin dekanı, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Mətanət Əsgərova və b. məruzələri dinlənildi .

Tədbirdə “Coğrafiya Cəmiyyətinin Əsərləri” jurnalının təsis olunması, Coğrafiya Cəmiyyətinin elektron saytının təqdimatı, Cəmiyyətin loqosunun seçilməsi və təsdiqi, növbəti konfransının təşkili və s. məsələlər müzakirə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
 
  • Paylaş: