Bu ilin ikinci Günəş tutulması (qismən tutulma) hadisəsi iyulun 13-də baş verəcək.
AMEA Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, Bakı vaxtı ilə saat 05:48-də başlanacaq Günəş tutulması hadisəsi saat 08:13-də başa çatacaq.
Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.
Növbəti tutulma avqustun 11-nə təsadüf edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.