Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Genetik modifikasiya olunmuş materialların ölkəmizin gömrük ərazisinə keçirilməsi və aparılması qaydalarına həsr olunmuş seminar keçirilib
06.05.2014 00:00
  • A-
  • A
  • A+

Genetik modifikasiya olunmuş materialların ölkəmizin gömrük ərazisinə keçirilməsi və aparılması qaydalarına həsr olunmuş seminar keçirilib

AMEA Genetik Ehtiyatlar İnstitutu (GEİ) və AR Dövlət Gömrük Komitəsinin (DGK) mütəxəssislərinin iştirakı ilə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda seminar keçirilib.

“Genetik modifikasiya olunmuş genetik materialların Azərbaycan Respublikasının gömrük ərazisinə keçirilməsi və Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması qaydaları” mövzusuna həsr olunmuş seminarda Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, Gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının qanununda genetik modifikasiya olunmuş (GMO) bitkilərin ölkəyə gətirilməsi qadağan olunmuşdur: “Qanunun icrası məqsədilə genetik modifikasiya olunmuş bitkilərin ölkəyə gətirilməsinin qarşısının alınmasında müvafiq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi olduqca əhəmiyyətlidir”.

Tədbirdə GEİ-nin direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov “Genetik ehtiyatlar, onların qorunması, saxlanılması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması”, həmin institutun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov “Genetik modifikasiya olunmuş bitkilər üzrə mövcud qanunvericilik”, ARDGK Mərkəzi Ekspertiza İdarəsinin rəisi Mehriban Əlizadə “Genetik modifikasiya olunmuş genetik materialların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması”, institutun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Cavid Ocaqi “GMO və onun molekulyar genetik identifikasiyası” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

Sonda gömrük işçilərini maraqlandıran suallar cavablandırılıb və GMO-nun operativ təyini üzrə müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: