Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

08.08.2018 09:07
  • A-
  • A
  • A+

Yardımlı rayonu ərazisində son tunc dövrünə aid insan skeleti aşkarlanıb

Yardımlı rayonu ərazisində son tunc dövrünə aid insan skeleti aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası rayonun Arvana kəndi yaxınlığındakı Komanı yaylaqlarında tunc dövrünün son mərhələsinə aid yeni kurqanların tədqiqinə başlayıb.

Aparılan qazıntılar zamanı tunc dövrünün xarakterik adətlərindən biri olan parçalanaraq dəfn edilmiş insan skeleti aşkarlanıb. İnsan skeletinin yanından tapılmış bir ədəd boz-qara rəngli keramika fraqmenti dəfn abidəsinin son tunc dovrünə aid olduğunu söyləməyə imkan verir.

Müəssisə tərəfindən skeletin daha dəqiq tarixinin müəyyənləşdirilməsi üçün insan sümükləri üzərində radiokarbon analizlər aparılacaq.

A.Ağalarzadə bildirib ki, sistemli olaraq bölgədə aparılacaq tədqiqatlar nəticəsində ərazinin dağlıq hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə aydınlıq gətiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: