Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi

Bu gün AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində Azərbaycan Dövlət Tibb Universitetinin “Ümumi cərrahlıq” kafedrasının professoru, tibb elmləri doktoru, Cabbar Hacıyevin “Təxirəsalınmaz tibbi yardım. Özünəyardım və qarşılıqlı yardım” mövzusuna həsr olunmuş növbəti seminar-məşğələ keçirildi.

Tədbirdə AMEA II Xüsusi şöbəsinin əməkdaşları, AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri, bir neçə təşkilatın tibb-sanitar postlarının komandirləri və başqaları iştirak edirdilər.

Giriş sözü ilə çıxış edən şöbənin rəisi Eldar Quliyev insan həyatında qanın əvəzolunmaz rolundan, onun mahiyyətindən və xüsusiyyətlərindən danışdı.

Sonra mövzunun müəllifi, professor C.Hacıyev qanaxmalar, ilk tibbi yardım qaydaları haqqında geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, əsas təhlükə ondan ibarətdir ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində bütün həyati vacib orqanlar da (qara ciyər, böyrəklər, xüsusən də baş beyin) oksigen çatışmazlığından əziyyət çəkir. O, insan həyatında təhlükə yaradan qanaxmaların 3 hissədən – kapilyar, venoz və arterial qanaxmalardan ibarət olduğunu bildirdi. Güclü arterial qanaxmanın olduqca təhlükəli olduğunu vurğulayan alim qeyd etdi ki, venoz və kapilyar qanaxmalar, adətən, daha az təhlükəlidirlər. Bu səbəbdən zədə almış şəxsə dərhal tibbi yardım göstərilməsi olduqca vacibdir.

Tədbirdə mövzu ilə bağlı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
 
  • Paylaş: