Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2014 00:00
  • A-
  • A
  • A+

“Heydər Əliyev - mədəniyyətimizin və ədəbiyyatımızın hamisi” mövzusunda elmi-praktiki konfrans keçirildi

“Heydər Əliyev - mədəniyyətimizin və ədəbiyyatımızın hamisi” mövzusunda elmi-praktiki konfrans keçirildi

Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev - mədəniyyətimizin və ədəbiyyatımızın hamisi” mövzusunda elmi-praktiki konfrans keçirildi.

Tədbirdə çıxış edən muzeyin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, xalqımız qarşısındakı misilsiz xidmətləri haqqında ətraflı məlumat verdi. Heydər Əliyevin dövlətçilik tariximizdə müstəsna yeri olduğunu söyləyən natiq azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ulu öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və müstəqilliyimizə nail olunduğunu qeyd etdi. O, əsası Heydər Əliyev tərəfindən qoyulan islahatların bu gün AR Prezidenti İham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.

“Heydər Əliyevin ömründə sənət xadimləri və sənət xadimlərinin taleyində Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış edən R.Hüseynov bildirdi ki, ümummilli lider Heydər Əliyev respublikamızın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşmışdır. Ayrı-ayrı şəxsiyyətlərə abidələr ucaldılması, onların yubileylərinin yüksək səviyyədə keçirilməsi və bu tədbirlərdə Heydər Əliyevin şəxsən iştirakı onun mədəniyyətimizə tükənməz məhəbbət və qayğısının ifadəsidir. Məhz bu dahi şəxsin təşəbbüsü ilə Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərin ev- muzeyləri yaradılmış və onlar mədəni irsimizin toplandığı, qorunduğu müqəddəs yerlərə çevrilmişlər.

Çıxışının sonunda o, fenomen şəxsiyyət, müasir Azərbaycanın memarı, ümummilli liderin müstəqil Azərbaycanın dövlət quruculuğunda göstərdiyi əvəzsiz xidmətlərlərin, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə ayırdığı diqqətin daim xatırlanacağını bildirdi.

Daha sonra filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli “Heydər Əliyev və ana dili” mövzusunda məruzə ilə çıxış etdi.

Tədbirdə, həmçinin H.Əliyevin həyat və yaradıcılığını əks etdirən 8 lövhədən ibarət sərgi də nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: