Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Gürcüstanda keçirilmiş seminarda iştirak edib
16.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Gürcüstanda keçirilmiş seminarda iştirak edib

AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, professor İslam Mustafayev Gürcüstanın Batumi şəhərində Avropa Birliyinin “Hava keyfiyyətinin idarə olunması” layihəsi çərçivəsində keçirilən seminarda iştirak edib. Layihə “AQTA (Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti) Şərq Regional Fəaliyyət Planı 2009” əsasında 7 ölkədə (Azərbaycan, Gürcüstan, Moldova, Rusiya, Belorusiya, Ukrayna, Ermənistan) həyata keçirilir.

Təbiətdən istifadə üçün kompleks icazələr sisteminin tətbiqinə həsr olunmuş seminarda layihənin Azərbaycan üzrə milli koordinatoru İslam Mustafayev görülən işlər barədə ətraflı məlumat verib.

Mövzu ətrafında müzakirələr aparılıb. Tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda bu sistemin tətbiqi üçün potensialın yüksəldilməsinə dəstək verilməsi barədə qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: