AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın milli sərvətidir” mövzusunda məruzəsi dinlənilib. Bildirib ki, dövlət müstəqilliyinin 27-ci ildönümünü qeyd edən Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub və tarixin ağır sınaqlarından çıxan respublikamız hazırda özünəməxsus inkişaf yolu ilə inamla irələyir. Alim əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tarixi faktlarla izah edib.
Tədbirdə mərkəzin Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov, Landşaftşünaslıq şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli və digərləri çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində ümummilli liderin mühüm xidmətləri olduğunu, respublikada idarəçilik institutlarını formalaşdırdığını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.