Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.10.2018 09:44
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda rusiyalı akademik Roald Saqdeyevin məruzəsi dinlənilib

Riyaziyyat və Mexanika İnstitutunda rusiyalı akademik Roald Saqdeyevin məruzəsi dinlənilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib.

Seminarda görkəmli alim, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru Roald Saqdeyev “KAM (Kolmoqorov, Arnold, Moser) teoreminin 50 ili” mövzusunda məruzə ilə çıxış edib.

Alim elmi fəaliyyətinin formalaşma mərhələlərindən danışıb və müəllimi olmuş L.Landau, V.Ginzburq haqqında xatirələrini bölüşüb, sualları cavablandırıb.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov dünyada tanınan, fizika elminə, xüsusilə kosmik fizika sahəsinə böyük töhfələr vermiş akademik Roald Saqdeyevin elmi yaradıcılığının əhəmiyyətini vurğulayıb.

Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Milli Aviasiya Akademiyasının prorektorları, tanınmış alim və mütəxəssislər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: