Bu gün AMEA Rəyasət Heyətində AMEA Kimya Elmləri Bölməsinin ümumi yığıncağı keçirildi.
Öncə bölmənin tərkibinə daxil olan AMEA Aşqarlar Kimyası, Kataliz və Qeyri-üzvi Kimya və Polimer Materialları institutlarının direktoru vəzifəsinə seçkilər keçirildi. Səsvermənin nəticələrinə görə akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutunun, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutunun direktoru vəzifəsinə seçildilər.
Sonra AMEA-nın müxbir üzvlüyünə “Qeyri-üzvi kimya” ixtisası üzrə irəli sürülmüş namizədlər - kimya üzrə elmlər doktorları Məhəmməd Babanlı, İxtiyar Bəxtiyarlı, Mirsəlim Əsədov və Ənvər Xudiyevin məruzələri dinlənildi.
Tədbirdə həmçinin AMEA-nın 18 aprel 2014-cü il tarixli ümumi yığıncağının “AMEA Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında” qərarının icrası məsələsi də müzakirə olundu, müvafiq qərarlar qəbul edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.