Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.10.2018 09:26
  • A-
  • A
  • A+

İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunmasına həsr olunan konfrans keçirilib

İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunmasına həsr olunan konfrans keçirilib

Heydər Əliyev Mərkəzində “İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” mövzusunda konfrans keçirilib.

Sözügedən konfrans “İnnovasiya həftəsi” çərçivəsində AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə AR Əqli Mülkiyyət Agentliyi, AMEA və YUNESKO-nun “İnformasiya hamı üçün” proqramı (İFAP) ilə birgə baş tutub.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransda çıxış edərək innovativ inkişafla əqli mülkiyyətin vəhdət təşkil etdiyini deyib. K.İmanov Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda çıxışı zamanı söylədiyi “Gələcəyimiz innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir” fikrinin agentliyin fəaliyyətində əsas götürüldüyünü bildirib.

O, Azərbaycanın əqli mülkiyyət hüquqlarının qorunması göstəriciləri barədə məlumat verərək sözügedən göstəricilər üzrə ölkəmizin MDB-də lider olduğunu diqqətə çatdırıb.

AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov isə çıxışında elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması mexanizmləri haqqında geniş məlumat verib.

Konfrans öz işini rəqəmsal mühitdə əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması, açıq məlumatlar və onlardan istifadə hüquqları, yeni texnologiyalar üzərində əqli mülkiyyətin təsdiqi məsələləri, yüksək texnologiyalar sahəsində patent alınması, elektron ticarətdə əqli mülkiyyətin qorunması mexanizmləri və problemləri kimi mövzular ətrafında məruzələr və müzakirələrlə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: