Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

31.10.2018 15:41
  • A-
  • A
  • A+

Qazaxıstanlı şagirdlər Əlyazmalar İnstitutunda qorunan yazılı abidələrlə tanış olublar

Qazaxıstanlı şagirdlər Əlyazmalar İnstitutunda qorunan yazılı abidələrlə tanış olublar

Qazaxıstanın Çimkənd şəhərində yerləşən Avrasiya Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Fəlsəfə Məktəbinin şagirdləri “Dünyanın dahi filosofları” layihəsi çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

İnstitutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli və Paşa Kərimov şagirdlərə və onları müşayiət edən müəllimlərə Əlyazmalar İnstitutunda qorunan yazılı abidələr, onların mühafizəsi, bərpası, tədqiqi və nəşrə hazırlanması işi barədə ətraflı məlumat veriblər.

Daha sonra məktəblilər Əlyazmalar İnstitutunun ekspozisiya zalında olublar. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə şagirdlərə bu qurumda mühafizə olunan Şərq mütəfəkkirlərinin ən mühüm əsərlərinin əlyazmaları, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aysel Atakişiyeva isə Əlyazmalar İnstitutunun yerləşdiyi binanın tarixi barədə danışıb.

Sonda qrup rəhbərləri Aruna Koybakova və Qullazat Rustembekova ekspozisiya zalının xatirə kitabına ürək sözlərini yazıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: