AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmləri doktoru Zeynal Əkpərov Çin Aqrar Universitetinin Genomika şöbəsinin rəhbəri, professor Sonq Veininqi qəbul edib.
Görüşdə məqsəd dənli taxıl bitkiləri və onların yabanı əcdadlarının genetik müxtəlifliyinin öyrənilməsi, həmçinin genomika, biotexnologiya və bioinformatika istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması məqsədini daşıyırdı.
Tədbir çərçivəsində dənli taxıl bitkilərinin genetik müxtəlifliyi, pas xəstəliyinə davamlılığı, terminal istilik stresinə davamlılıq və genom sekvensi üzrə birgə tədqiqatların aparılması, beynəlxalq layihələrə və ekspedisiyalara qoşulmaq imkanları müzakirə edilib.
Qonaq institutun dənli taxıl bitkiləri sahəsi, həmçinin Biotexnologiya şöbəsinin tərkibində yeni qurulmuş Genomika laboratoriyası ilə də tanış olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.