AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.
İclası şuranın sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.
Daha sonra iclasda şuraya təqdim edilmiş 3 elmlər və 15 fəlsəfə doktorluğu dissertasiya mövzusu müzakirə olunub.
Müzakirələrdə AMEA-nın müxbir üzvləri - İbrahim Əzizov, Pənah Muradov, Elşad Qurbanov, professorlar - Xudaverdi Qəmbərov, Canbaxış Nəcəfov, Səyyarə İbadullayeva, Mehman Axundov, biologiya üzrə elmlər doktorları - Eldar Novruzov, Arif Mehtiyev, Yaşar Feyziyev, Ələmdar Məmmədov və başqaları iştirak ediblər.
Müzakirələrdən sonra 2 mövzu olduğu kimi saxlanılıb, 12-nin adında dəyişiklik edilməklə təsdiqlənib. Bundan əlavə, 4 dissertasiya mövzusu geri qaytarılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.