Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Kimya Elmləri Bölməsinin növbəti iclası keçirilib.
Əvvəlcə bölmənin akademik-katibi, akademik Vaqif Fərzəliyev gündəlikdəki məsələlər haqqında iştirakçılara məlumat verib.
Sonra bölmənin elmi-tədqiqat institutlarının hesabatı dinlənilib.
NKPİ-nin illik hesabatını institutun elmi işlər üzrə direktor müavini, texnika üzrə elmlər doktoru Təranə Məmmədova, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun illik hesabatını bu müəssisənin direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun hesabatını direktor, akademik Vaqif Fərzəliyev və Polimer Materialları İnstitutunun hesabatını isə qurumun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov təqdim edib.
Elmi müəssisələrin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Kimya Elmlər Bölməsinin cari ildəki fəaliyyətini yüksək qiymətləndirib. Alim bölməyə daxil olan institutlarda il ərzində bütün göstəricilərə əsasən yüksək nəticələrin əldə olunduğunu bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.