Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutu Beynəlxalq Türk-Qazax Universiteti ilə əməkdaşlığa başlayır
21.02.2019 16:15
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu Beynəlxalq Türk-Qazax Universiteti ilə əməkdaşlığa başlayır

Fevralın 21-də AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu ilə Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Bu münasibətlə keçirilən tədbirdə Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edib. O, Prezident İlham Əliyevin bu sahənin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.

Akademik T.Kərimli Əlyazmalar İnstitutunun fəaliyyəti, beynəlxalq əlaqələri, müəssisədə aparılan elmi araşdırmalar barədə də məlumat verib.

Sonra Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universiteti Qəyyumlar Şurasının sədri, professor Musa Yıldız rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən bəhs edib, elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Daha sonra Əlyazmalar İnstitutu ilə Beynəlxalq Türk-Qazax Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Sənəddə iki qurum arasında onlara məxsus fondlarda qorunub saxlanılan, türk xalqlarının ortaq mədəni irsi hesab edilən türkdilli kitabların, o cümlədən qədim əlyazma və əski çap kitablarının tədqiq və təbliğ edilməsi, elmi-mədəni təcrübə mübadiləsinin aparılması və s. nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: