AMEA Rəyasət Heyətində keçirilmiş 7 may 2021-ci il tarixli iclasda aktual elmi və texnoloji problemlərə, mühüm elmi və elmi-təşkilati məsələlərə dair çevik və peşəkar müzakirələrin təmin edilməsi, müvafiq təkliflərin hazırlanması məqsədilə AMEA-da Elm və texnologiya problemləri üzrə Elmi Şuranın yaradılması barədə təşəbbüs irəli sürülmüş, Elmi Şuranın tərkibi barədə müvafiq təkliflərin hazırlanıb AMEA-nın prezidentinə təqdim edilməsi tapşırığı verilmişdir. AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev Elmi Şuranın tərkibi barədə təkliflər hazırlayaraq 17 may 2021-ci il tarixli xidməti təqdimatla AMEA-nın prezidentinə təqdim etmişdir. Təqdim olunan təklifləri nəzərə alaraq:
1. AMEA-nın elmi müəssisə və təşkilatlarının hesabatları, elmi məruzələri, xaricdə uzunmüddətli ezamiyyətlərin nəticələri, yeni elmi problemlər və digər mühüm elmi və elmi-təşkilati məsələlərlə bağlı peşəkar müzakirələrin keçirilməsini, müvafiq təkliflərin hazırlanmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə AMEA-da Elm və texnologiya problemləri üzrə Elmi Şura yaradılsın:
Akademik Ramiz Mehdiyev – AMEA-nın prezidenti, sədr
Akademik Adil Qəribov – AMEA-nın akademik-katibi, katib
Akademik Dilqəm Tağıyev – AMEA-nın birinci vitse-prezidenti
Akademik İbrahim Quliyev – AMEA-nın vitse-prezidenti
Akademik İsa Həbibbəyli – AMEA-nın vitse-prezidenti
Akademik Rasim Əliquliyev – AMEA-nın vitse-prezidenti
Akademik İradə Hüseynova – AMEA-nın vitse-prezidenti
Akademik Arif Həşimov – AMEA-nın Fizika İnstitutunun baş direktoru
Akademik Vaqif Fərzəliyev – AMEA-nın Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru
Akademik Fəxrəddin Qədirov – AMEA-nın Neft və Qaz İnstitutunun direktoru
AMEA-nın müxbir üzvü Zeynal Əkpərov – AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru
2. AMEA-nın Elm və texnologiya problemləri üzrə Elmi Şurasının katibi akademik Adil Qəribova tapşırılsın ki, Elmi Şuranın fəaliyyətinin təşkilindən irəli gələn məsələlərin həlli təmin edilsin.
3. Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyevə həvalə edilsin.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev
Bakı şəhəri, 19 may 2021-ci il
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.