Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.05.2019 09:37
  • A-
  • A
  • A+

Koreyanın Duksunq Qadın Universitetinin professoru AMEA-nın Əlyazmalar İnstitutunda olub

Koreyanın Duksunq Qadın Universitetinin professoru AMEA-nın Əlyazmalar İnstitutunda olub

Koreya Respublikasının Duksunq Qadın Universitetinin Fəlsəfə fakültəsinin dekanı, professor Huanq-Van Min AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

Görüşdə qonağa institutun tarixi, beynəlxalq əlaqələri, əlyazmaların toplanması, mühafizəsi və bərpası barədə geniş məlumat verilib. Əlyazmalar İnstitutunun formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük rolunun olduğu da qonağın diqqətinə çatdırılıb.

Professor Huanq-Van Min institutda saxlanılan hüquq, fəlsəfə və etikaya dair əlyazma və əski çap kitabları ilə maraqlanıb. Bundan başqa, koreyalı alimə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib, Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan artıq həmyerlimizin doğma yurd-yuvalarından didərgin düşməsi faktı diqqətə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: