www.science.az
30.05.2019 09:36

Nüfuzlu distribüter şirkətinin nümayəndələri YT Parkı ziyarət ediblər

Respublikanın nüfuzlu distribüter şirkətinin Bakı regional ofisinin rəhbəri Rafael Quliyev və satış müdiri Nahid Hümbətli AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət ediblər.

YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürovla görüşdə qonaqlara müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verilib, burada istehsal olunan məhsulların daxili bazarla müqayisədə münasib qiymətlərlə satışa çıxarıldığı diqqətə çatdırılıb.

Qonaqlar AMEA-nın təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş, neft və neft-kimya məhsullarını sınaqdan keçirən Strateji Elmi Analitik Sınaq Mərkəzi, həmçinin hazır neft məhsulları və onların istehsal prosesi ilə tanış olublar.

Qeyd edək ki, motor və sənaye yağlarının, akkumlyatorların, şin, filter və ehtiyat hissələrinin idxalı və satışı ilə məşğul olan şirkət öz biznes sahəsini genişləndirərək dünyanın aparıcı markalarının Azərbaycan üzrə distribüterlik fəaliyyətini həyata keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.