Şəkinin Fazıl kəndində Təpə Başı adlanan ərazidə azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılıb.
Tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Qazaxıstanın Berel Arxeoloji Qoruğu arasında imzalanan müqaviləyə əsasən baş tutub.
Araşdırmalar zamanı Antik və Dəmir dövrünün izləri üzə çıxıb, 5 qəbr və 3 qurbangah aşkarlanıb.
Ərazidə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin istehsal etdiyi milli dronlar vasitəsilə qazıntıların foto planı və 3D modeli hazırlanıb.
İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən və mərhum arxeoloq Nəsib Muxtarov tərəfindən yaradılan "Əbədi süküt labirinti" muzeyində sərgilənəcək. Həmçinin yerli muzeylərə də ekponatlar təqdim ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.