Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2024 14:25
  • A-
  • A
  • A+

AMEA Lənkəran REM-in Elmi şurasının növbəti iclası keçirilib

AMEA Lənkəran REM-in Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının növbəti iclası keçirilib.

Tədbir iştirakçıları əvvəl Mərkəzin foyesində şəhid Mahsun Bağırzadənin xatirə guşəsinin önünə qərənfillər düzüblər.

İclası giriş sözü ilə açan Lənkəran REM-in direktoru, Elmi şuranın sədri Mehman Əliyev şura üzvlərini və iştirakçıları gündəliklə tanış edib. Gündəlikdə olan “AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının yerinə yetirilməsi vəziyyəti: yeni reallıqlar və çağırışlar kontekstində” (Məruzəçi M.Q.Əliyev), “Tarix və ədəbiyyat şöbəsinin nəzdində daxili imkanlar hesabına yeni – Ədəbiyyat və azsaylı xalqların mədəniyyəti; Tarix, arxeologiya və etnologiya şöbələrinin yaradılması haqqında” (S.K.Kərimov), “İl ərzində görülən elmi, ictimai-siyasi tədbirlər haqqında qısa məlumat” (C.Ş.Quliyev), “Elm” qəzetinin 25 oktyabr 2024-cü il tarixli nömrəsində AMEA Lənkəran REM-də Herontoloji tədqiqatlar şöbəsinin müdiri vəzifəsini tutmaq üçün elan edilmiş müsabiqənin nəticələri haqqında” (C.Ş.Quliyev), “Əmək intizamı haqqında” (A.T.Qurbanova) məsələlər yetərsay olduğuna görə təsdiq edilib.

Birinci məsələ barəsində məruzə edən Mehman Əliyev noyabrın 11-dən 22-dək Bakıda keçirilən COP29 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının uğurla davam etdiyini bildirib, 196 ölkənin 72 mindən çox nümayəndə heyətinin, o cümlədən 80 dövlətin prezidenti, vitse-prezidenti və baş nazirinin qatıldığı sessiyada yüksək səviyyəli görüşlərin keçirilməsindən, panel iclaslarında iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində göstərilən səylərdən, əldə olunan irəliləyişlərdən, onların həlli yolları barədə aparılan müzakirələrdən söz açıb.

Elmi şuranın sədri daha sonra AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının yerinə yetirilməsi ilə əlaqədar 2024-cü ilin tədbirlər planına uyğun olaraq Mərkəzdə on bir ayda müxtəlif elmi seminarlar, konfranslar, görüşlər, kitab təqdimatlarının keçirildiyini vurğulayıb, ilin sonunadək bu istiqamətdə işlərin davam etdiriləcəyini söyləyib.

Mehman Əliyev, həmçinin AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması haqqında qərara uyğun olaraq Lənkəran Regional Elmi Mərkəzi tərəfindən irəli sürülən təklifləri diqqətə çatdırıb. Qeyd edib ki, yeni tarixi mərhələdə milli ideologiyanın konseptual əsasları Böyük Siyasətçi - Güclü Lider – Həmrəy Xalq prizmasından tədqiqata cəlb olunsun. Azərbaycançılıq ideologiyası yeni epoxal başlanğıcda: Böyük Qələbənin və Zəfər təntənəsinin diktə etdiyi yeni reallıqların nəzəri-metodoloji əsaslarının elmi istiqamətləri müəyyənləşdirilsin. Milli ideya - Azərbaycan elminin yeni inkişaf konsepsiyası humanitar və ictimai elmlərdə başlıca ideoloji faktora çevrilsin.

Sonra Mərkəzin aparıcı elmi işçisi Samir Kərimov, Elmi katib Cəmil Quliyev, İnsan resursları şöbəsinin müdiri Aydan Qurbanovanın müvafiq olaraq 2, 3, 4 və 5-ci məsələlər barədə məlumatları dinlənilib.

Elmi şuranın üzvlərindən Sevinc Hüseynova, İsaq Məmmədov, Aqil Həsənov və Sərraf Talıbov müzakirə edilən məsələlərlə bağlı mülahizələrini bölüşüblər.

Elmi şuranın qərarı dinlənildikdən sonra Mehman Əliyev qarşıya qoyulan vəzifələrin ilin sonunadək layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan daha səmərəli istifadə olunacağına, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının yeni reallıqlar və çağırışlar kontekstində həyata keçiriləcəyinə, əminlik ifadə edib.

Sonda müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: