Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
20.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir

AMEA prezidenti, akademik Akif Əlizadə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul etdi. O, qonağı salamlayaraq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin uzun illərdir mövcud olduğunu qeyd etdi. AMEA prezidenti elmin müvafiq sahələrində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.

Yaxın zamanda İsrailə səfər edəcəyini söyləyən A.Əlizadə elmlə təhsilin inteqrasiyası istiqamətində bu ölkənin təcrübəsini öyrənmək arzusunda olduğunu dilə gətirdi: “Bu gün İsrail elmi çox yüksək nailiyyətlər əldə etmişdir. Ölkə elm, təhsil və innovativ texnologiyaların inkişafı istiqamətində böyük təcrübəyə malikdir.” AMEA prezidenti İsrailin elm və təhsil müəssisəsələri ilə birgə fizika, geofizika, yer elmləri, tibb və aqrar sahələrdə birgə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırdı.

İsraildə 70 mindən çox azərbaycanlının yaşadığını qeyd edən R.Harpaz akademik A.Əlizadəni öz ölkəsində görməkdən məmnun olacağını bildirərək AMEA rəhbərliyinə dəvət məktubunu təqdim etdi. O, AMEA prezidentinin İsrailə səfərinin daha səmərəli təşkili məqsədilə İsrail elminin təbliği və tarixi abidələrinin tanıdılmasına dair xüsusi proqramın tərtib olunacağını vurğuladı. AMEA ilə İsrailin Təbiət və Humanitar Elmlər Akademiyası arasında əməkdaşlığa dair sazişin imzalanmasının vacibliyini önə çəkdi.

Tədbirdə, həmçinin bu əlaqələrin hər iki ölkədə mühüm elmi nailiyyətlərin əldə olunmasında böyük rol oynayacağı, əməkdaşlıq perspektivlərinin bundan sonra da inkişaf etdiriləcəyi bildirildi. Qeyd olundu ki, iki ölkə arasında bilik və təcrübə mübadiləsinin aparılması elmi imkanların daha da genişləndirilməsinə zəmin yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: