Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.12.2016 12:16
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin “Kvant İnformatikası” elmi konfransının sessiya iclası keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin “Kvant İnformatikası” elmi konfransının sessiya iclası keçirilib

Məlum olduğu kimi, dekabrın 5-də AMEA-nın Əsas binasında Fizika İnstitutunun təşkilatçılığı, AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin “Kvant İnformatikası” elmi konfransı və seminarının (APCWQIS-2016) açılış mərasimi olub.

Tədbirin sessiyası AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu elmi müəssisənin direktoru, akademik Rasim Əliquliyevin sədrliyi ilə keçirilib.

Öncə qonaqlar institutda yaradılmış innovativ şəraitlə yaxından tanış olublar. Onlara qurumun Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, burada həyata keçirilən yeni layihələr, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar, elektron elmin şəbəkə platforması olan AzScienceNet elm-kompüter şəbəkəsinin təqdim etdiyi imkanlar, müasir standartlara cavab verən Elektron Kitabxana Mərkəzinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

Tədbirin sessiya iclasında Birləşmiş Nüvə Tədqiqatları Mərkəzinin Cəbr və kvant informatikası laboratoriyasının tədqiqat qrupunun rəhbəri Vladimir Gerdtin “Kvant informatikasına giriş” mövzusunda məruzəsi dinlənilib. Məruzə tədbir iştirakçılarının böyük marağına səbəb olub, çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı dekabrın 9-dək öz işinə sessiyalarla davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: