Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Texniki Əməkdaşlıq Departamentinin Azərbaycan üzrə meneceri Katya Dufre AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) olub.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovla görüşdə radioaktiv Co-60 mənbələrinin Azərbaycana idxalı, onların Co-60 mənbəyinə yüklənməsi və çıxarılmış köhnə mənbələrin “İzotop” xüsusi kombinatına təhvil verilməsi kimi məsələlər müzakirə edilib.
Qeyd edək ki, RPİ-nin İzotop Mənşəli Şüa Mənbələri elmi-təcrübi şöbəsində 1969-cu ildən istifadə edilən Co-60 mənbəyinin AEBA-nın "Texniki Əməkdaşlıq" proqramı çərçivəsində yüklənməsi həyata keçiriləcək.
Azərbaycan Respublikası ilə AEBA arasında bağlanmış "Azərbaycanda radiasiya texnologiyalarının inkişafı və genişləndirilməsi" adlı Milli Layihə çərçivəsində 7 kCi aktivliyində radioaktiv Co-60 mənbələrinin RPİ-nin İzotop Mənşəli Şüa Mənbələri elmi-təcrübi şöbəsində istifadəsi üçün ölkəmizə idxalı planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.