Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Prezident İlham Əliyevin Sərəncamı ilə akademik Bahadır Tağıyev “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb
01.06.2018 07:53
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin Sərəncamı ilə akademik Bahadır Tağıyev “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb

Prezident İlham Əliyevin 31 may 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan mülki aviasiyasının 80 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə Milli Aviasiya Akademiyasının kafedra müdiri, akademik Bahadır Tağıyev “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Qeyd edək ki, akademik B.Tağıyev elmi-təşkilati və pedoqoji fəliyyətinə görə müxtəlif illərdə Azərbaycan SSR Dövlət mükafatı laureatı, "Şərəf nişanı" ordeni və “Şöhrət” ordeni ilə təltif olunub.  Görkəmli alim, həmçinin cari ilin aprel ayında keçirilən AMEA Rəyasət Heyətinin iclasında müxtəlif kristal quruluşu olan və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində silsilə elmi-tədqiqat işlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına mükafatına layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: