Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.05.2025 15:54
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun tədqiqatçıları Vyanada keçirilən beynəlxalq toplantıda iştirak ediblər

Geologiya və Geofizika İnstitutunun tədqiqatçıları Vyanada keçirilən beynəlxalq toplantıda  iştirak ediblər

ETN Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin aparıcı elmi işçisi y.e.ü.f.d., dos. Rafiq Səfərov və Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin aparıcı elmi işçisi y.e.ü.f.d. Tofiq Rəşidov Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş Avropa Yer Elmləri Baş Assambleyasının (EGU – 2025) növbəti iclasında  iştirak ediblər.

Rafiq Səfərov AMEA Seysmoloji Xidmət Mərkəzi və ABŞ Massaçusets Texnologiya İnstitutunu təmsil edən həmmüəlliflər ilə beynəlxalq əməkdaşlıq çərçivəsində hazırladığı “Crustal deformation of the Azerbaijan territory: results from 25 years (1998‐2022) of monitoring using GPS” (Azərbaycan ərazisində yer qabığı deformasiyaları: GPS vasitəsilə aparılmış 25 illik (1998-2022) monitorinq nəticələri) mövzusunda təqdimatla çıxış edib. Tədqiqat işi 1998-ci ildən başlayaraq 25 il müddətində kosmik geodeziya GPS üsulu vasitəsilə Azərbaycanda aparılmış yer qabığı deformasiyalarının müşahidələrindən əldə edilmiş nəticələrinin müzakirəsinə həsr olunub.

Tofiq Rəşidov tədbirdə “Natural hazards from mud volcanoes: importance of understanding and acceptance by example of Azerbaijan” mövzusunda təqdimatla çıxış edib. Tədqiqat işində Lusi (İndoneziya) və Vandan (Tayvan) vulkanları da olmaqla Lökbatan, Şıxzahirli, Keçəldağ və Keyrəki palçıq vulkanları timsalında insan həyatı və fəaliyyəti üçün yarana biləcək təbii təhlükələr və onların ağır nəticələrinin diqqət önünə çəkilməsi məsələsinə toxunub. Palçıq vulkanı püskürmələri səbəbilə insan tələfatı, infrastruktura dəyən ziyanın qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd ediib.

Təqdim edilmiş tədqiqat işləri böyük marağa səbəb olub. Müxtəlif ölkələrin alim və mütəxəssisləri ilə müzakirədə gələcək əməkdaşlıq üçün təkliflər alınıb.

Qeyd edək ki, bu il Avropa Yer Elmləri Baş Assambleyasında iştirak etmək üçün 120-dən çox ölkədən alim və tədqiqatçılar qeydiyyatdan keçib, tədbirə  canlı və virtual olmaqla ümumilikdə 20 984 iştirakçı qatılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: