Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının III cildi işıq üzü görüb
09.06.2014 00:00
  • A-
  • A
  • A+

“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının III cildi işıq üzü görüb

AMEA İnsan Hüquqları İnstitutunun Elmi Şürasının qərarı ilə nəşr edilmiş, yazıçı publisist, əməkdar jurnalist Vasif Səmədov və tanınmış alim, professor Rövşən Vəlizadənin “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik monumental əsərin üçüncü cildi işıq üzü gördü.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampanıyasının 5 illiyinə həsr edilmiş bu üç cildlik kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməyilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən, Xocalı yaşayış məntəqəsində törətdikləri soyqırımdan bəhs edilir. Beləliklə, kitabın əsas mövzusu Xocalı soyqırımı olsa da, əslində, bu əsər ümumilikdə Qarabağ faciəsini bütün kəskinliyi və amansızlığı ilə əks etdirir. Zəngin fakt və sənədlərlə əhatələnmiş kitabın ilk iki cildinin təqdimatı geniş ictimaiyyətin, dövlət nümayəndələrinin iştirakı ilə keçirilmişdir.

Sonuncu cildin səciyyəvi xüsusiyyətlərindən biri odur ki, burada “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampanıyasının beş illik fəaliyyətinin nəticələrinin dəyərləndirilməsinə, “Xocalıya Ədalət!” hərakatının milli, regional və beynəlxalq səviyyələrdə gördüyü işlərin əhəmiyyətinə xüsusi diqqət verilmişdir. Kitabın üçüncü cildində xüsusi diqqət çəkən məqamlardan biri də, məhz erməni mənşəli dünya alimlərinin tarixi faktlar haqqında söylədikləri fikirlərdir. Belə ki, bu ziyalılar dövrü mətbuat səhifələrində və elmi-tədqiqat əsərlərində öz erməni həmkarlarına tarixi həqiqətləri təhrif etmələri barədə sərt ittihamalar söyləmişlər. Nümunə kimi bu məqalələrdən bir neçəsi kitabın məhz sonuncu cildində oxuculara təqdim edilib.

Müəlliflərin araşdırmalarına xüsusi rəyin və nəşrə “Ön söz”ün müəllifi, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovdur.

AMEA İnsan Hüquqları İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş ikicildliyin baş elmi məsləhətçisi, Milli Məclisin deputatı, bu elmi müəssisənin direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayevadır.

Geniş ictimaiyyətə təqdim olunan bu üçcildlik kitabın müasir tariximiz və mədəniyyətimiz üçün əhəmiyyəti təkzibedilməzdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: