Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.05.2019 12:48
  • A-
  • A
  • A+

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclası keçirilib

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclası keçirilib

Mayın 7-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro iclası keçirilib.

Fizika İnstitutunda baş tutan tədbirdə bölmənin akademik-katibi, akademik Nazim Məmmədov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.

İclası akademik N.Məmmədov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Daha sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb. Belə ki, AMEA-nın "Xəbərləri" jurnalının Fizika-texnika və riyaziyyat elmləri seriyasının "Mexanika" buraxılışının ikinci nömrəsinin nəşrinə icazə verilib, həmçinin "Azərbaycan Astronomiya Jurnalı"nın yeni redaksiya heyəti və beynəlxalq üzvləri təsdiqlənib.

Eyni zamanda Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) əyani doktorantı Şəhla Qələndərovanın qiyabi dissertanturaya keçirilməsi, İdarəetmə Sistemləri İnstitutunun əyani doktorantı Fəridə Əliyevanın isə doktoranturaya bərpa edilməsi haqqında qərar qəbul edilib.

Bundan əlavə, Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işçiləri - Səbinə Məmmədovanın Çex Respublikasının Ondrejev Astronomiya İnstitutuna, Günay Hacıyevanın isə Estoniyanın Tartu Rəsədxanasına ezam olunmasına qərar verilib.

İclas zamanı AMEA-nın Biofizika İnstitutunda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə yeni yaradılmış Molekulyar və hüceyrə onkologiyası laboratoriyasına rəhbər təyin edilməsi mələsinə də baxılıb. Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və Milli Onkologiya Mərkəzinin əməkdaşı Leyla Məlikova Molekulyar və hüceyrə onkologiyası laboratoriyasına rəhbər təyin olunublar. O cümlədən Rəcəb İsmayıllı ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifəsinə təsdiqlənib.

Tədbirdə RMİ-nin Elmi Şurasının tərkibində qismən dəyişiklik edilib, həmçinin ŞAR-ın vakant elmi işçi vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqənin nəticələri açıqlanaraq təsdiq olunub.

Daha sonra fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mirnamik Bəşirovun "Elm fədailəri - Orta əsrlər Şərq astronom və filosofları" kitabının nəşrə tövsiyə edilməsinə razılıq verilib.

Sonda "AMEA-nın professoru" adını almaq üçün müsabiqəyə namizədlər təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: