Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2019 10:08
  • A-
  • A
  • A+

AMEA-nın elmi müəssisə və təşkilatlarında ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisə və təşkilatlarında ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi qeyd olunub

AMEA-nın DilçilikQafqazşünaslıqŞərqşünaslıq, Elm TarixiBotanikaRadiasiya Problemləri, Arxeologiya və Etnoqrafiya institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində və Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən silsilə konfrans, elmi sessiya və dəyirmi masalar keçirilib, sərgilər təşkil edilib, sənədli filmlər nümayiş olunub.

Tədbirlərdə əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olduğunu söyləyib, həmçinin bu il ulu öndərin ölkəmizdə hakimiyyətə gəlişinin 50-ci ilinin tamam olacağını diqqətə çatdırıblar. Bildirilib ki, ulu öndər 1993-cü ildə xalqın təkidi ilə ölkənin çox ağır vəziyyətdə olduğu dövrdə yenidən hakimiyyətə gəlib, siyasi uzaqgörənliyi, liderlik xüsusiyyətləri və parlaq zəkası nəticəsində respublikamızda sabitliyi təmin edib.

Bundan əlavə, ulu öndərin hakimiyyəti dövründə iqtisadi, siyasi, elmi, mədəni, hərbi və digər sahələrdə bir çox uğurların əldə olunduğu, Azərbaycanı müasir inkişafa aparan "Əsrin müqaviləsi"nin imzalandığı, qısa müddətdə ölkənin gəlirlərinin artdığı və investisiya axınının başladığı bildirilib.

Diqqətə çatdırılıb ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Eyni zamanda 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirib, AMEA-nı Azərbaycan xalqının milli sərvəti adlandırıb.

Vurğulanıb ki, ulu öndərin qətiyyəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu başlanıb, Konstitusiya qəbul edilib, müvafiq dövlət orqanları formalaşdırılıb.

Tədbirlərdə, həmçinin bu gün Azərbaycanın özünün müasir inkişaf yoluna qədəm qoyduğu, ulu öndərin ənənələrinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq arenada söz sahibinə çevrildiyi bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: