Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” adlı kitab işıq üzü görüb
04.09.2014 00:00
  • A-
  • A
  • A+

“Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” adlı kitab işıq üzü görüb

AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, fil.ü.f.d. Elxan Məmmədlinin “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” kitabı çapdan çıxıb.

Kitab XIX əsrin sonu, XX əsrin birinci yarısında yaşayıb-yaratmış el şairi Nəbi Borçalının həyat və yaradıcılığına həsr edilib.

Tədqiqat işində əsasən ölməz sənətkarın vətən, təbiət, məhəbbət, tərbiyəvi-didaktik, dini-ürfani şeirləri təhlilə cəlb edilib. Kitabda həm də şair Nəbinin deyişmə və dastan yaradıcılığından bəhs olunur.

Kitabın redaktoru prof. Mahmud Allahmanlı, rəyçiləri xalq şairləri Nəriman Həsənzadə və Zəlimxan Yaqubdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: