Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanda radon qazının paylanması və təsirinin azaldılması istiqamətində tədqiqatlar aparılır
08.11.2013 00:00
  • A-
  • A
  • A+

Azərbaycanda radon qazının paylanması və təsirinin azaldılması istiqamətində tədqiqatlar aparılır

Azərbaycanda radon qazının yayılması və təsirinin azaldılması istiqamətində tədqiqatlar aparılır. Tədqiqat işləri İsveçrənin Milli Elm Fondu tərəfindən dəstəklənib və “Azərbaycan ərazisində radon qazının paylanması və kadastrın yaradılması” adlı layihə çərçivəsində həyata keçirilir. 
Bu gün AMEA Geologiya İnstitutunda radon qazının parçalanmasından alınan məhsulların insan sağlamlığına təsirini öyrənmək məqsədi ilə ümumrespublika elmi seminarı keçirilib. Tədbirdə institutun Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoruÇingiz Əliyev çıxış edərək tibbi geologiyanın əsas istiqamətlərindən olan radonun ən zərərli qazlardan hesab olunduğunu bildirib. O, 30 ilə yaxındır ki, dünyada bu qazın yayılması və təsirinin azaldılması istiqamətində mübarizə aparıldığını vurğulayıb. Qeyd edək ki, Avropa və ABŞ-da aparılan tədqiqatların nəticələrinə görə, bu qaz ağciyər xərçənginin yaranmasında 2-ci əsas risk faktoru sayılır. Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsi yaymışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: