Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2019 14:33
  • A-
  • A
  • A+

Fəlsəfə İnstitutunda “İslam fəlsəfəsində Nəsimi fenomeni” adlı beynəlxalq elmi konfrans keçirilib

Fəlsəfə İnstitutunda “İslam fəlsəfəsində Nəsimi fenomeni” adlı beynəlxalq elmi konfrans keçirilib

Noyabrın 22-də AMEA Fəlsəfə İnstitutunda bu qurumun və UNESСO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə “İslam fəlsəfəsində Nəsimi fenomeni” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransı institutun direktoru, professor İlham Məmmədzadə açaraq bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi ilə ədibin yaradıcılığı şərqşünaslar, dilçilər və tarixçilər tərəfindən bir daha geniş təhlil olunub. Nəsiminin mütəfəkkir filosof-şair olduğunu deyən İ.Məmmədzadə qeyd edib ki, bəzi tədqiqatçılar onu böyük filosof adlandırsa da, bu, Nəsimi dövrü və yaradıcılığının bütün fəlsəfi kontekstini açıb göstərmək üçün kifayət deyil.

Sonra institutun İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə çıxış edərək “Nəsimi ili” çərçivəsində dahi mütəfəkkirin yaradıcılığının fərqli bucaqlardan müxtəlif məzmunda təhlil edildiyini vurğulayıb.  

Daha sonra f.ü.f.d. Əntiqə Paşayeva “İmadəddin Nəsimi şeirlərində insan və kainatın fəlsəfi mənası”, fil.ü.f.d. Eyvaz Eminalıyev “Nəsimi yaradıcılığı XX əsr mühacirət ədəbiyyatşünaslığında”, fil.ü.f.d., dos. Lütfiyyə Əsgərzadə “Şeyx Sənan İsmi Nəsimi yaradıclığında”, t.ü.f.d. Əli Fərhadov “Hürufilikdə dinlərin vəhdəti və kamil insana baxış” və Zaur Rəşidov “Hürufilik İslamın özünəməxsus ezoterik fəlsəfi təlimi kimi” mövzusunda məruzələrlə çıxış edərək, fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: