Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.12.2019 12:15
  • A-
  • A
  • A+

Kimya Elmləri Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənilib

Kimya Elmləri Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənilib

Dekabrın 6-da AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, bölmənin akademik-katibi, akademik Vaqif Fərzəliyev, büro üzvləri, eləcə də bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

İclası akademik V.Fərzəliyev açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə yığıncaqda Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi münasibətilə ölkə başçısı və AMEA Rəyasət Heyəti tərəfindən təltif olunan şəxslərə fəxri diplomlar, medal və xatirə nişanları təqdim edilib.

Daha sonra iclasda bölmənin elmi-tədqiqat institutlarının hesabatları dinlənilib. Texnika üzrə fəlsəfə doktoru Təranə Məmmədova Neft-Kimya Prosesləri İnstitutunun, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutunun və AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun illik hesabatlarını təqdim ediblər. Hesabatlarda bildirilib ki, institutlarda ölkə başçısının sərəncamlarından, o cümlədən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin, eləcə də AMEA Rəyasət Heyətinin qərarlarının icrasından irəli gələn bir sıra tədbirlər həyata keçirilib, elmi-tədqiqat işləri aparılıb. Bundan əlavə, cari ildə dərc olunan nəşrlər, məqalələr, qrant layihələri, patentlər və kadr hazırlığı barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Yığıncaqda, həmçinin Kimya Elmləri Bölməsinin həqiqi və müxbir üzvlərinin hesabatları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: