Rusiyanın Kreml sarayında 2019-cu il üçün Moskva Hökumətinin gənc alimlər mükafatının təqdimat mərasimi keçirilib.
Sözügedən mükafat aspirantlara, 36 yaşa kimi fəlsəfə, 40 yaşa qədər elmlər doktorlarına təqdim olunur. Alimlər riyaziyyat, kimya, fizika, biologiya, humanitar, ictimai, texniki və mühəndislik elmləri, o cümlədən İKT, biotexnologiyalar, aviasiya və kosmik texnika, şəhər infrastrukturu, əczaçılıq, nanotexnologiyalar, cihazqayırma, elektronika kimi sahələrdə apardıqları tədqiqatlara görə mükafatlandırılırlar.
poisknews.ru saytının məlumatına görə, tədqiqatçılar hər biri 2 milyon rubl dəyərində olmaqla 50 mükafat üzrə təltif edilib, 87 gənc alim laureat olub.
Qeyd edək ki, Moskva Hökumətinin gənc alimlər mükafatı 2013-cü ildən verilir. Müsabiqənin təşkilatçısı Moskva şəhərinin Elm, Sənaye Siyasəti və Sahibkarlıq Departamentidir. Qalibləri departamentin və elmi cəmiyyətlərin nümayəndələrinin daxil olduğu komissiya müəyyən edir.