AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ABŞ-ın “Clarivate Analytics” şirkətinin təşkilatçılığı ilə “Web of Science” elmimetrik bazasından istifadə qaydalarına dair seminar keçirilib.
Müəssisənin alim, doktorant və dissertantlarının iştirak etdiyi seminarı “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakaeva aparıb.
Ekspert “Web of Science” məlumat bazasının humanitar elmlər üzrə jurnalları ilə işləmək, seçim şərtləri, məqalələrin başlıqlarının jurnallara uyğunlaşdırılması və üslubu, akademik ingilis dilində yazma metodları, eləcə də impakt faktorlu jurnallar, istinad üzrə reytinq səviyyəsi (kvartillər), “yırtıcı” jurnallarla mübarizə və s. haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.