Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

AMEA prezidenti, akademik Akif Əlizadə Bolqarıstan Elmlər Akademiyasının (BEA) prezidenti, akademik Stefan Vodeniçarov ilə görüşüb.

AMEA rəhbəri qonağı salamlayaraq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin uzun illərdir mövcud olduğunu vurğulayıb. Bildirib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Akademik A.Əlizadə AMEA-nın “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasındakı mövqeyindən danışıb. Qeyd edib ki, akademiyanın ölkədə beynəlxalq elmi layihə və proqramları həyata keçirən mərkəz kimi formalaşdırılması da konsepsiyada vacib məsələlərdən biri kimi irəli sürülür.

Akademik Stefan Vodeniçarov Bakıya səfərindən məmnun olduğunu ifadə edib, ölkənin inkişafının göz önündə olduğunu vurğulayıb. Qonaq bildirib ki, BEA-da akademik universitetlərin yaradılması istiqamətində işlər görülür, elmi inkişaf etdirmək məqsədilə beynəlxalq qurumlarla müqavilələr bağlanılır.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ABŞ-ın Massaçusets Universiteti ilə sıx əlaqələrin qurulduğunu, Geologiya və Geofizika İnstitutu ilə həmin universitet arasında birgə layihələrin həyata keçirildiyini bildirib.

Görüşdə əməkdaşlıq çərçivəsində gənc kadrların hazırlanması və növbəti səfərlərin birində tərəflər arasında memorandum imzalanması məsələsi müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: