AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 28-ci il dönümünə həsr olunan tədbir keçirlib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, professor Əhməd Hacıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərdən danışıb.
Daha sonra Mühit amilləri və analiozatorlarının formalaşması laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlardan, Xocalıda törədilən faciənin acılarından söz açıb.
Mərasimdə Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova çıxış edərək ermənilərin Azərbaycanda törətdikləri bu soyqırımının dünyada ən qanlı cinayətlərdən biri olduğunu bildirib, erməni yalanlarını ifşa etməyin vacibliyini vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.