AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahan komissiyası "biokimya" ixtisası üzrə iddiaçı Sevinc Musayevanın nəticəsini 88 balla “əla”, "biotexnologiya" ixtisası üzrə iddiaçı Aytən Əliyevanın nəticəsini isə 72 balla “yaxşı” qiymətləndirib.
Xatırladaq ki, imtahanının keçirilməsi üçün institutda hər bir ixtisas üzrə komissiya yaradılıb. Komissiyanın sədri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.