Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Bakı folklor örnəkləri” kitabının I cildi işıq üzü görüb
14.10.2014 00:00
  • A-
  • A
  • A+

“Bakı folklor örnəkləri” kitabının I cildi işıq üzü görüb

AMEA Folklor İnstitutu tərəfindən “Bakı folklor örnəkləri” kitabının I cildi çapdan çıxıb.

I cildin əsas qaynaqları Bakıdan toplanmış və AMEAM.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən folklor nümunələri və etnoqrafik materiallardır. Kitabda əksini tapan materiallar görkəmli aktyor Hüseynqulu Sarabskinin fondunda yer almaqdadır. Ərtoğrul Cavidin Bakıdan topladığı mərasim və musiqi folkloru materilları, “Məktəb”, “Dəbistan”, “Rəhbər”, “Tuti”, “Azərbaycanı öyrənmə yolu” dərgilərində, Azərbaycanı tədqiq və Tətəbbö Cəmiyyətinin nəşrlərində yer almış folklor örnəkləri də bu cilddə öz əksini tapıb.

Nəşrdə, həmçinin ötən əsrin 20-ci illərinədək Bakıda əski əlifba ilə nəşr edilmiş meyxana kitabları, el şairlərinə həsr olunmuş yazılar da toplanıb. Kitabda yer almış materialların bir hissəsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxivində qorunan əsas etibarilə etnoqrafik mahiyyətli örnəklərdir.

Layihənin rəhbəri Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, tərtibçiləri filologiya üzrə fəlsəfə doktorları Rza Xəlilov və Afaq Ramazanovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: