AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun I və II kurs magistrantları martın 29-dan başlayaraq dərslərini distant qaydada davam etdirirlər.
İnstitutda "Arxeologiya və etnoqrafiya" istiqaməti üzrə 3, "Antropologiya" istiqaməti üzrə 2 tələbə distant təhsil alır.
Magistrantlar üçün “İslam arxeologiyası”, “Arxeologiyanın müasir problemləri”, “Azərbaycan etnoqrafiyası”, “Azərbaycanın azsaylı xalqları”, "Antropologiyanın müasir problemləri" və s. fənlər professorlar Tarix Dostiyev, Əliağa Məmmədli, t.ü.f.d. Bəhlul İbrahimli, BDU-nun professoru, t.ü.e.d. Şirin Bünyadova, t.ü.f.d. Tahir Şahbazov və Vüsal Həsənov tərəfindən tədris olunur.
Eyni zamanda, "Arxeologiya və etnoqrafiya" ixtisaslaşması üzrə təhsil alan II kurs tələbələri t.ü.f.d. Səfər Aşurovun rəhbərliyi ilə pedoqoji təcrübəni onlayn formada davam etdirirlər.
İnstitut rəhbərliyinin və Tədris və beynəlxalq əlaqələr şöbəsinin nəzarəti altında həyata keçirilən distant tədris prosesi barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə mütəmadi olaraq məlumatlar verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.