Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Koronavirusu tamamilə bloklayan anticisim tapılıb
18.05.2020 11:38
  • A-
  • A
  • A+

Koronavirusu tamamilə bloklayan anticisim tapılıb

Alimlər koronavirusu məhv edən preparatın yaradılmasına dair ciddi irəliləyiş əldə ediblər. Belə ki, “Sorrento Therapeutics” biofarmaseptik şirkəti tərəfindən çoxlu sayda anticisim üzərində tədqiqat aparılaraq, koronovirusa qarşı dərman hazırlanıb.

Pandemiyanın başlanğıcında bu anticisimlər koronavirus üzərində yoxlanılmağa başlanılıb və məlum olub ki, onlardan bir neçəsi infeksiya ilə mübarizədə effektivdir. STI-1499 anticismi isə koronavirusu 100 faiz bloklamağa və hüceyrələri yoluxmaqdan qorumaq imkanına malikdir. Virus hüceyrələrə daxil ola bilmədikdə məhv olur. Anticismlər “düşməni” bloklamaqla yanaşı, həm də immun sisteminə təhlükəyə qarşı mübarizə aparmaq üçün aktiv siqnal göndərir.

poisknews.ru saytının məlumatına görə, aşkar edilmiş anticisimlər əsasında hazırlanmış dərman orqanizmdən virusu dörd gün ərzində tamamilə çıxarmağa imkan verəcək. Bundan başqa, o, yoluxmanın qarşısını alaraq “müvəqqəti vaksin” kimi istifadə oluna bilər.

Bununla belə, qeyd edək ki, dərmanın sınaqları yalnız laboratoriya şəraitində aparılıb və insanlar üzərində yoxlanılmayıb.

  • Paylaş: