AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda və onun təcrübə bazalarında tədqiqat işlərinin metodik cəhətdən düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət olunması, toplanılan və öyrənilən genetik ehtiyatlar haqqında informasiyaların Məlumat Bazasına daxil edilməsi, eləcə də yarımillik və illik hesabatların müzakirə edilərək Elmi-Texniki Şuraya və institutun Elmi Şurasına təqdim edilməsi məqsədilə Monitorinq Komissiyası yaradılıb.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun müvafiq əmrinə əsasən yaradılmış Monitorinq Komissiyası iyunun 3-də karantin rejiminin tələblərinə uyğun olaraq müəssisənin bir sıra şöbələrinin (Biotexnologiya, Molekulyar sitogenetika, Dənli, taxıl və paxlalılar, Texnologiya, Tərəvəz və Bostan) sahə təcrübələrinin vəziyyətini qiymətləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.