Rusiya Elmlər Akademiyası (REA) Rəyasət Heyəti tərəfindən akademiyada kvant texnologiyaları üzrə şuranın yaradılması ideyası dəstəklənib və onun tərkibi təsdiq edilib.
Şuranın adının son versiyası hələlik qərarlaşdırılmayıb.
poisknews.ru saytı xəbər verir ki, akademik Vladimir Fortovun fikrincə, istənilən texnologiya kvant hesab olunur, bu səbəbdən onu daha anlaşılan etmək üçün şuranın adının dəqiqləşdirilməsi zəruridir. REA-nın prezidenti, akademik Aleksandr Sergeyev alimin fikirləri ilə razılaşaraq qeyd edib ki, kvant texnologiyaları elmi cəmiyyətdə müxtəlif formada anlaşılır.
O, xatırladıb ki, ötən il Rusiya Federasiyasında kvant texnologiyalarının müxtəlif bölmələri üzrə məsul üç dövlət korporasiyası (Rusiya Dəmir Yolları, “Rosatom”, “Rostex”) müəyyən edilib.