AMEA Aşqarlar Kimyası İnstitutunda 2014-cü il Mülki Müdafiə (MM) tədbirləri planına müvafiq olaraq “Fövqəladə hadisələrinin (FH) nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrin idarə edilməsinin təşkili” mövzusunda Rəhbər heyətinin Mülki Müdafiə (MM) məşqi keçirilib.
AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə institutun direktoru, MM rəhbəri, akademik Vaqif Fərzəliyev açıb. Bildirib ki, məşqin məqsədi rəhbər və komandir rəis heyətinin Fövqəladə hallar zamanı fəaliyyət göstərmədə hazırlıq səviyyəsini müəyyən etməkdir.
Sonra Rabitə və Xəbərdarlıq manqasının komandiri Xatirə İsgəndərova, Xilasetmə dəstəsinin komandiri Qədir Babayev, Tibb manqasının komandiri Validə Abbasova, Yanğınsöndürmə manqasının komandiri İnqilab İsmayılov və b. fövqəladə hallar zamanı xəbərdarlığın, axtarış və qəza, xilasetmə işlərinin təşkili ilə bağlı fəaliyyətlər, yaranmış vəziyyətin qiymətləndirilməsi, idarəetmə orqanlarının və qüvvələrin hazırlıq səviyyəsi, əhalinin fövqəladə hadisə barədə xəbərdar olunması və digər təxirəsalınmaz tədbirlərin təşkilinə dair çıxış ediblər.
Məşqdə hərbiləşdirilməmiş komandir-rəis heyəti ilə yanaşı, AMEA-nın II Xüsusi şöbəsinin rəis müavini Fərid Xanlarov, şöbənin əməkdaşları Cavid Hüseynov, Əlimərdan Məhəmmədov və Nərimanov rayon FH və MM şöbəsinin rəisi Kərim Rəhimov iştirak ediblər.
Sonda institutun MM rəhbəri məşqi qənaətbəxş hesab edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.