Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

2000 illik petroqlifin coğrafi xəritə olduğu aşkarlanıb
19.06.2020 09:58
  • A-
  • A
  • A+

2000 illik petroqlifin coğrafi xəritə olduğu aşkarlanıb

Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun mütəxəssisləri Kolima ştatında aşkar edilmiş qədim qaya rəsmlərini deşifrə ediblər. Minlərlə il əvvəl Fueqo-de-Kolima vulkanı ilə atılmış daşdakı petroqlifin coğrafi xəritə olduğu müəyyən edilib.

Daşın üzərində məskunlaşılmış məntəqələrin yerləşdiyi ərazilər yumru elementlərlə qeyd olunub, çaylar isə xətlər şəklində təsvir edilib. Alimlərin fikrincə, bu üsulla qədim sakinlər ərazilərdə hərəkət etməklə yanaşı, həm də qəsəbələrin sərhədlərini müəyyənləşdirir və bu informasiyanı nəsildən nəsilə ötürürdülər.

popmech.ru saytının məlumatına görə, petroqlifin dəqiq yaşı təyin edilməyib, lakin tədqiqatçılar hesab edirlər ki, qaya rəsmləri Kolimada təxminən 2000 il əvvəl meydana çıxıb.

  • Paylaş: