Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Antarktidada böyük həcmdə buz əriməsi baş verib
22.06.2020 10:35
  • A-
  • A
  • A+

Antarktidada böyük həcmdə buz əriməsi baş verib

Son beş il ərzində Antarktidada bir milyon kvadrat kilometr dəniz buzu əriməsi baş verib. Bu, qlobal dəniz ekosisteminə ciddi təsir edə bilər.

popmech.ru saytının məlumatına görə, tədqiqatçılar keçən əsrin yetmişinci illərindən başlayaraq peyklərdən çəkilən şəkilləri və meteoroloji məlumatları tədqiq ediblər. Analizin nəticələrinə görə, Antarktidanın Ueddella dənizində buzların üçdə biri əriyib. Bu sahə iki İspaniya ərazisi ilə müqayisə oluna bilər. Alimlər hesab edirlər ki, ən böyük buz itkisi 2016-2017 yay mövsümünə təsadüf edib. Bunun səbəbi həmin vaxt regionda bir sıra əlverişsiz hava şəraitinin qeydə alınmasıdır.

Qeyd edək ki, belə itkilər okean sirkulyasiyasına və regionun dəniz faunasına təsir edəcək. Pinqvin və suitilər kimi heyvanların reproduksiyasında və qidaya əlçatanlığında buz mühüm rol oynayır.

  • Paylaş: