Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Tədqiqatçılar birbaşa daxili orqanlara quraşdırılan biosensor çap ediblər
23.06.2020 09:49
  • A-
  • A
  • A+

Tədqiqatçılar birbaşa daxili orqanlara quraşdırılan biosensor çap ediblər

ABŞ-ın Minnesota Universitetinin tədqiqatçılar qrupu biosensoru birbaşa daxili orqanlara quraşdırmağa imkan verən yeni 3D-çap metodu hazırlayıblar.

Ürək və ağciyərin daima hərəkətli vəziyyətdə olması və formasını dəyişdirməsi xüsusi çətinlik yaradır. Bu problemin həlli üçün film və videooyunların istehsalında geniş tətbiq edilən “hərəkətin tutulması” texnikasından istifadə edilib.

4pda.ru saytının məlumatına görə, bu texnologiya artıq ilk sınaqlardan uğurla keçib. Alimlər 3D-printerin köməyi ilə donuzun ağciyərinin səthinə yumşaq hidrogeldən hazırlanmış biosensor quraşdırmağa nail olublar.

Belə biosensorlardan istifadə edilməsi ürək və ağciyər kimi həyati əhəmiyyətli orqanların monitorinqini xeyli asanlaşdıracaq. Onların köməyi ilə həkimlər real vaxt rejimində xəstənin vəziyyəti haqqında daha dəqiq informasiya əldə edə biləcəklər.

  • Paylaş: