AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunda “Fövqəladə hadisələrin (FH) nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Rəhbər Heyətin Mülki Müdafiə (MM) məşqi keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, MM məşqi 2014-cü il Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq keçirilir. MM rəhbəri məşqin məqsədinin fövqəladə hallar zamanı idarəetmənin təkmilləşdirilməsi, mülki müdafiə tədbirlərini yerinə yetirərkən əməkdaşlara rəhbərlik etməkdə komandir-rəis heyətinin bacarığının artırılması, rəhbər heyəti tərəfindən MM Planının öyrənilməsi olduğunu diqqətə çatdırıb.
Sonra institutun MM qərargah rəisi Namazəli Mustafayev fövqəladə hadisələr zamanı rəhbər heyətin biliklərinin təkmilləşdirilməsi barədə ətraflı məlumat verib. Qərargah rəisi həmçinin, oktyabrın 27-də keçirilmiş müşavirənin nəticələri ilə əməkdaşları tanış edib, onları maraqlandıran sualları cavablandırıb.
Tədbirdə çıxış edən AMEA-nın II Xüsusi şöbəsinin baş mütəxəssisi Əlimərdan Məhəmmədov bildirib ki, müəssisə və təşkilatlarda hər il keçirilən məşqin məqsədi insanları Fövqəladə hallar zamanı davranış qaydaları haqqında biliklərlə maarifləndirməkdir.
Sonda Rəhbər heyətin Mülki Müdafiə məşqi qənaətbəxş hesab edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.